Çin investorları Azərbaycanda keramika istehsalı təşkil edə bilərlər

Çərşənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda ( AZPROMO) Çinin “WENZHOU NIXIN TRADING CO.,LTD.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
“Çin tərəfdaşları Azərbaycanda keramika istehsalı layihəsinin həyata keçirilməsində maraqlıdırlar”, - AZPROMO məlumat verir.
Həmçinin görüşdə qarşılıqlı investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Fond layihəyə investisiyaların mümkün həcmini qeyd etmir.