Bank rəhbəri: "Hökmən 1,7 manatla ödəməlisən» prinsipinə getmirik"
Biz müştərilərimizin vəziyyətini nəzərə alaraq dollar kreditlərində böyük güzəştlər edirik.
"BI" xəbər verir ki, bu barədə "Bank of Baku"nun idarə heyətinin sədri Eldar Həmidov bildirib. Onu sözlərinə görə, dollar kreditləri götürən borcluların vəziyyətini nəzərə alan bank onlara krediti dolların daha aşağı məzənnəsi ilə bağlamağa imkan yaradıb.
"Yəni bu gün dolların məzənnəsi 1,7 manat olsa da, bu gün kimsə gəlib borcunu tam bağlayanda dolların məzənnəsini 1,1 manatla qəbul edirik. Dərhal ödəyə bilməyənlər və hissə-hissə ödəyənlər üçün də başqa güzəştli şərtlər edirik. Yəni problemli kreditlərin heç birini 1,7 manatla yığmırıq"-deyə bank rəhbəri bildirib.