“PASHA Holding”ə məxsus şirkət nizamnamə kapitalını azaldır

“PASHA Holding” MMC-yə daxil olan “Agro Food Investments” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Bu barədə şirkətin elanında bildirilir.
Məlumata görə, kreditorlar 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına müraciət edə bilərlər.
Bununla belə, hazırda şirkətin kapitalının nə qədər olması və hansı məbləğdə azaldılması açıqlanmayıb.