Hesabatlar

“NAB Holding Azərbaycan"da - YENİ TƏYİNAT

“NAB Holding A.Ş”nin Azərbaycandakı şirkəti “NAB Group of Companies”in daxili Audit Xidmətinə  rəhbər təyin olunub.

Şirkətdən verilən məlumata görə, bu vəzifə Hüseynov Samir Ələddin oğluna həvalə olunub.

İstanbul Universitetində bakalavr, York Universitetində MBA təhsili alan Samir Huseynov 2013-cü ildən “NAB Holding”in müxtəlif şirkətlərində daxili auditor və audit rəhbəri vəzifəsində çalışmışdır.

Qeyd edək ki, “NAB Holdinq”in tərkibində Azərbaycanın ən böyük avtomobil distribütoru olan “Auto Azerbaijan”, Azərbaycan bazarında elektronika əşyalarının parəkəndə satışında söz sahibi "Baku Elektroniks”, “Baku Servis Company” və "TCF" BOKT daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)