Bu gün Abşeron rayonunda işıq olmayacaq
Bu gün Abşeron rayonunun 28 May qəsəbəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisi olan həmin qəsəbənin elektrik verilişi xətlərində aparılacaq yenidənqurma işləridir.