İnşaat və əmlak

Bakının bu ərazisində torpağın sotu - 408 MİN MANATDIR

Yasamal rayonunda “Sovetski” deyilən ərazidə 8 milyona torpaq sahəsi satılır.

ENA.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə elan agent.shop.az saytında yerləşdirilib. Elanda qeyd edilir ki, torpağın sahəsi 20 sotdur. 1 sotun qiyməti 408 min manatdır.

Torpaq sahəsinin kimə məxsus olduğu bəlli deyil. Elanı yerləşdirən isə vasitəçidir.  Bildirilir ki, torpaq sahəsinin çıxarışı da var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)