Sosial iqtisadiyyat

Gədəbəydə dərman bitkilərinin emalı müəssisəsi qurulur

Özünün təbiət mənzərələri ilə hər kəsi valeh edən Gədəbəyin uca dağları və bu dağların meşələri həm də bir çox müalicəvi xüsusiyyətləri ilə seçilən bitki və meyvələrlə zəngindir. Həmin bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları insanlara çoxdan məlumdur. İnsanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində geniş istifadə etmişlər. Həmin müalicə üsulları isə zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib.

Yerli sahibkar tərəfindən rayonun Poladlı kəndində Gədəbəydə yetişən müalicəvi əhəmiyyətli dərman bitkilərinin toplanmasını, qurudulmasını və qablaşdırılaraq satışını təşkil edəcək yeni emal müəssisəsi qurulur.

Müəssisədə həm də Gədəbəydə yetişən meyvələrin şirəsi və kompotu istehsal olunacaq.

Rayon mərkəzindən təxminən 20 kilometr uzaqda yerləşən müəssisənin bu il istifadyə verilməsi nəzərdə tutulub.

Emal müəssisəsi fəaliyyətə başladıqdan sonra 15 nəfər burada işlə təmin olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)