Srtateji idarəetməsi olmayan ölkənin sabahı olmur, yalnız bu günlə yaşayır
İdarəetmə hər addım 10-20, bəzi vacib məsələlərdə hətta 50-100 il sonranı planlaşdırma əsasında atılmırsa, demək ki, bütün qərarlar strateji deyil, cari yanaşmalar (düşüncələr) əsasında verilir.
Avtomobil Yolları Dövlət Agentliyiinin rəhbəri Saleh Məmmədov dünən mediaya deyib ki, Bakı- Sumqayıt yolu 7-10 min avtomobilin hərəkət sayına hesablansa da, istiqamətdə yaşayışın və müəssisələrin sayının artması nəticəsində hərəkət sayı hazırda 12-14 min arasındadır.
Bu yol son 10-12 ilin məhsuludur.
Uzunmüddətli ərazi və iqtisadi planlaşdırma olsa idi, ərazilərin baş planı olsa idi, həm məskunlaşmada, həm də iqtisadiyyatda artım dinamikasını görmək olardı. Nəticədə infrastruktur da ona uyğun planlanardı.
Xırdalanı da son 15-20 ildə bu cür idarə ediblər. Maksimum 100 -120 mni nəfərə hesablanan şəhər yollarından bu gün real olaraq 220-250 min nəfər istifadə etdiyi bildirilir. Məskunlaşmadakı hazırkı artım sürəti davam etsə, yəqin 3-5 ilə 300-350 minə çatar və insanlar evlərindən çıxmaz hala gələrlər.
Srtateji idarəetməsi olmayan ölkənin sabahı olmur, yalnız bu günlə yaşayır.
Rövşən Ağayev
İqtisadçı-kspert