“Rabitəbank” yeni şöbə yaradıb, rəhbər təyin etdi

“Rabitəbank” ASC-nin Keyfiyyətə nəzarət departamentində yeni İlkin təqib şöbəsi yaradılıb.
ENA.az bildirir ki, bankın strukturunda İnkişaf blokunda yer alan bu şöbəyə Amil Əsədov müdir təyin edilib, hansı ki, 2015-ci ildən bu günə qədər Monitorinq şöbəsində müavin kimi çalışırdı.
A.Əsədov “Rabitəbank”a 10 ildir ki, gəlib, buna qədər onun tərcümeyi-halında digər hansısa bankda çalışdığı göstərilmir.
Qeyd edək ki, bankın təşkilati-sturkturundakı İnkişaf blokuna 8 departament və 3 şöbə daxildir.