Avtomobil

Avtomobillərin gömrük pulu artırılır – KƏSKİN BAHALAŞMA

Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq."BI" xəbər verir ki, bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.

Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.

Azərbaycanda şənbə və bazar avtomobil sürmək daha təhlükəlidir

Belə ki, avtomobilin gömrükdəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) 36% ƏDV hesablanır. 

Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük üsumu tətbiq edilir

Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən  gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.

Pərdə mövsümü sabah başa çatır

Gələn ildən isə aksizlər daha da artırılacaq. "BI" bildiriri ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.  Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb. Dəyişikliklər daha ətraflı aşağıdakı cədvəldə göstərilib:


 

Aksiz məbləği

Minik avtomobillərinin mühərrikinin həcmi:

Hazırda

 2019-dan

2000 sm3-dək olduqda

hər 1 sm3 - 0,20 manat

hər 1 sm3 - 0,30 manat

 

3000 sm3-dək olduqda

400 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 3 manat

600 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 5 manat

4000 sm3-dək olduqda

3400 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 8 manat

5600 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə -13 manat

5000 sm3-dək olduqda

11400 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 20 manat

18600 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 35 manat

5000 sm3-dən çox olduqda

31400 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 40 manat

53600 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 70 manat

 

"BI" xəbər verir ki, bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.

 

Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:

 

Mühərrik həcmi

Hazırda (manatla)

2019-dan (manatla)

2.0 litr

400

600

2.2 litr

1000

1600

2.5 litr

1900

3100

3.0 litr

3400

5600

3.5 litr

7400

12100

4.0 litr

11400

18600

4.5 litr

21400

36100

5.0 litr

31400

53600

5.5 litr

51400

88600

5.7 litr

59400

102600


 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)