Bank

"Unibank kartlarının balansı bərpa olunub" - AÇIQLAMA

Bayram günlərində aparılan profilaktik işlər zamanı Unibankın bəzi kartlarının balansında dəyişikliklər baş vermişdi. "Marja" xəbər verir ki, bankın əməkdaşları baş verən dəyişikliyi həll ediblər:

"Bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub.

Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!",- Unibankın açıqlamasında deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)