Azərbaycanda 8 hakimin səlahiyyətlərinə xitam verildi

Azərbaycanda ali və apellyasiya məhkəmələrinin 8 hakiminin son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilib.
"ENA" xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib.
Eyni zamanda onların məhkəmə sistemində uzunmüddətli fəaliyyətləri dəyərləndirilib.