Sosial iqtisadiyyat

Bir yol nişanının alınması və quraşdırılması 1840 manata rəsmiləşdirilib

Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.

"ENA" xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib. Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)