Ramana qəsəbəsində 30 bina tikiləcək – 94 MİLYON MANAT AYRILDI
Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 30 yaşayış binası tikiləcək. Bu məqsədlə 24 şirkət ilə müqavilələr imzalanıb. Imzalanmış müqavilələrin cəmi məbləği 94 milyon 187 min manatdır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Uluxanlı 1” MMC, “Turan.İ.O” MMC, “Amil-RO” MMC, "Hovers Group" MMC, “AGA-EE İnşaat” MMC, “MAQ Ltd. Şirkəti” MMC, “KLF Group” MMC, “MƏK-AN” ММM, “AR Tikinti Quraşdırma” MMC, “Bakinşaat GROUP” MMC, “SNT” İnşaat Şirkəti, “Azərsutəchizattikinti” ASC, “GM Construction” MMC, “Proqress” sənaye-istehsalat şirkəti, “Tunel-Metro Inşaat” ММC, “Capitol-K” MMC, “19 saylı Tikinti Təmir İdarəsi” ММC, “Akkord General Construction” MMC, “М.Nazimoğlu” MMC, “Konsept Holding” MMC, T.T.Ş-İnşaat” MMC, “Müasir Tikintilər” MMC, “Rabitəinşaat” ASC və Cavid-2016” MMC ilə müqavilələr imzalayıb.
Binalar 45 və 54 mənzilli olmaqla layihələndirilib.