Sosial iqtisadiyyat

Azərbaycanda özəl pensiya fondları yaradılır

Hazırda Azərbaycanın pensiya sistemi ilə bağlı ciddi təkmilləşdirmə işləri aparılır.

ENA.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin "vergiler.az"a verdiyi məlumata görə, pensiya qanunvericiliyi ilə bağlı bir sıra layihələr həyata keçiriləcək: "Bu layihələri biz 2020-ci il ərzində həyata keçirməyi nəzərdə tuturuq. Həmin layihələr nəticəsində ölkənin pensiya sisteminin sosial sığorta prinsiplərinə uyğunlaşdırılması təmin ediləcək. Bundan əlavə, hazırda beynəlxalq təşkilatlarla birgə uzunmüddətli pensiya strategiyasında 2050-ci ilə qədər ölkənin pensiya sistemini dünyada qəbul olunmuş standartlara uyğunlaşdırmaq məqsədilə aktiv işlər görülür.

Üçsütunlu pensiya sisteminin, yəni ənənəvi pensiya fondu ilə yanaşı, özəl pensiya fondları – məcburi və könüllü özəl pensiya fondlarının təsis edilməsi nəzərdə tutulub. Planımıza əsasən, yaxın 2-3 il ərzində yeni pensiya modellərinin tətbiqini həyata keçirə biləcəyik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)