MALİYYƏ

Azərbaycanda intihar edən vəzifəli şəxslə bağlı yeni faktlar: 25 gün əvvəl toyu olubmuş - FOTO

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş zabiti Rəvan Nəsibov kirayə yaşadığı mənzildə damarlarını kəsərək intihar edib.

ENA.az xəbər verir ki, Qafqazinfo mərhumla bağlı bir sıra məlumatları əldə edib.

Məlum olub ki, Rəvan Nəsibov yeni ailə həyatı qurubmuş. O, ötən ayın 30-da özünə Bakıda yerləşən “Təbrik” restoranında toy edib. Anasını uşaq ikən itirən Rəvan Nəsibovun atası da keçmiş hərbçidir. Mərhumun qardaşı hazırda hərbi xidmətdədir.

Yaxınlarının verdiyi məlumata görə, R.Nəsibov hamı ilə mehriban ünsiyyətdə olub. Buna görə 25 gün öncə özünə toy edən 31 yaşlı zabitin hansı səbəbdən intihar etdiyi təəccüblə qarşılanıb.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi R.Nəsibovun ilk iş yeri olub. O, bu qurumda iki il öncə işə başlamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)