ENA+

Gürcüstanın avtomobil ixracından gəlirləri 67% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın avtomobil ixracından gəlirləri 594,6 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd edilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 238,9 mln. dollar və ya 67,2% çoxdur. Ötən il bu ölkənin ixrac etdiyi avtomobillərin ümumi dəyəri 355,7 mln.0 dollar təşkil edib.

Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 17,6%-nə bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)