Bank

"Əmanətlərin sığortalanmasında əvvəlki şərtlərə qayıtmaq lazımdı"

"Əmanətlərin sığorta olunması ilə bağlı əvvəlki qaydalara qayıtmaq lazımdı. Limitlər depozitlərin faiz dərəcəsi ilə deyil, məbləğlərlə bağlı olmalıdır".

VTB Bank Azərbaycanın İdarə Heyətinin sədri Yevgeniy Kirin qeyd edib ki, hazırda əmanətlərin sığortalanması 10 faizdir və banklar süni şəkildə bunu saxlamağa çalışırlar. Bu isə bankların bəzi məhsullar üzrə rəqabət qabiliyyətini azaldır.

"Əgər bu cür qalsa, biz ipoteka kreditləri üzrə Azərbaycan İpoteka Zəmanət Fonduna rəqabət yarada biləcək məhsul təklif edə bilməyəcəyik. Bu süni vəziyyət qaldıqca bank ipoteka kreditləri faiz baxımından yenə uduzacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı