Kristal Abşeron MTK işçi axtarır - VAKANSİYA
Mal material üzrə mühasib
Şirkət: “Kristal Abşeron” MTK
Əmək haqqı: 600 AZN-dən
Tələblər
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rüs dili - orta
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (tikinti şirkətlərində təcrübəsi arzuolunandır);
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
-1C yüksək səviyyədə bilmək
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
Vəzifələr
- İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
-Daxil olunan mal-materialların uçotunu aparmaq, proqram təminatına daxil etmək.
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
- Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
- Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
İş şəraiti
- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
Əlaqələndirici şəxs : Samir Hacıyev
Elektron ünvan: hr@kristalabsheron.az