Bank

Bu şəxslərin banklarda olan əmanətləri bata bilər – EKSPERTDƏN XƏBƏRDARLIQ

19 yanvar 2016-cı ildə bank sektoruna inamı qaytarmaq üçün ”Əmanətlərin tam sığortalanması haqqında” Qanun işıq üzü gördü və 2 mart 2016 cı ildən qüvvəyə minmişdir. Həmin qanunun 3 cü maddəsində qeyd edilmişdir ki , ”Bu Qanun qüvvəyə mindiyi gündən (yəni 02 mart 2016 dan) etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanır.

Bu barədə sığorta eksperti Xəyal Məmmədxanlı deyir.

O bildirir ki, bu müddət ərzində, yəni 2 mart 2020-ci ilədək sığorta hadisəsi baş verərsə, yəni, iştirakçı bank məcburi ləğv edilərsə və ya müflis elan olunarsa, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarı qüvvəyə minərsə və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktı Maliyyə Bazarlarına Nəzarət Palatası (artıq Mərkəzi Bank) tərəfindən təsdiq edilərsə, kompensasiya ödənişləri həyata keçirilir, başqa sözlə əhalinin əmanətləri qaytarılır.

Eksper bu sözləri hansı bank haqqında dediyini açıqlamamışdır.

Xəyal Məmmədxanlı əlavə edərək bildirir: “Banklardan biri faktiki olaraq belə bir vəziyyətdə olsa da, amma sığorta hadisəsi baş verməyib, bank fəaliyyətini “davam etdirir”, lakin, əmanətçilər öz vəsaitlərini götürə bilmirlər, çünki bankda pul yoxdur”

Ekspert “bankda niyə pul yoxdur?” məsələsindən danışmaq istəmədiyini, sadəcə, əmanətçiləri bir məsələ ilə bağlı xəbərdar etmək istədiyini deyir.

“Hörmətli əmanətçilər, əgər hansısa bankda əmanətiniz qalıbsa və ala bilmirsinizsə, buna baxmayaraq bankda 02 mart 2020 ci ilə qədər sığorta hadisəsi baş verməzsə və bu müddət ərzində tam sığortalanmış əmanətlərin sığorta müddəti növbəti dövr üçün uzadılmazsa, 02 mart 2020 ci ildən sonra kompensasiya ala bilməmək ehtimalınız hüquqi və nəzəri olaraq mümkündür.

Ona görə də, həmin tarixə qədər ya əmanətlərinizin qaytarılmasına ya da bankda “sığorta hadisəsinin baş verməsinə” nail olmalısınız – deyə, X.Məmmədxanlı vurğulayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)