ENA+

Gürcüstanda orta aylıq əməkhaqqı - AÇIQLANDI

Bu ilin üçüncü rübündə Gürcüstanda orta aylıq əməkhaqqı 1217,1 lari (425 dollar) təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin ikinci rübü ilə müqayisədə orta aylıq maaş 91,6 lari artıb.

Hesabat dövründə ən yüksək orta aylıq əməkhaqqı tikinti (2 008,4 lari/701 dollar), informasiya və kommunikasiya (1 958,7 lari/684 dollar), peşəkar, elmi və texniki fəaliyyət (1 936,2 lari/676 dollar), maliyyə və sığorta sahəsində (1 898,6 lari/663 dollar) qeydə alınıb.

İyul-sentybar aylarında qadınların orta aylıq əməkhaqqısı 924,1 lari (323 dollar), kişilərin orta aylıq əməkhaqqısı isə 1 475,7 lariyə (515 dollar) bərabər olub. Maaşlarda illik artım müvafiq olaraq 72,2 lari və 115,2 lari təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)