Azərbaycan dünyanın ən nüfuzlu ölkələri arasındakı mövqeyini qoruyub
Azərbaycan dünyanın ən nüfuzlu 50 ölkəsi sırasında yer alıb.
Bu barədə "U.S. News" nəşrinin "BAV Group" və Pensilvaniya Universitetinin "Wharton School" analitikləri tərəfindən hazırlanan məlumatında deyilir.
Azərbaycan bu reytinqdə ötən illə müqayisədə mövqeyini dəyişməyərək 45-ci yeri tutub.
Reytinqə ABŞ başçılıq edir, Rusiya ikinci, Çin üçüncüdür. "TOP-5"də həmçinin Almaniya və Böyük Britaniya da var.
Sıralamada İran 13-cü, Türkiyə isə 16-cı yerdədir.
Qeyd edək ki, reytinqdə Gürcüstan və Ermənistan yer almayıb.
Reytinq tərtib edərkən bir sıra amillər - iqtisadiyyat, hərbi güc, siyasi təsir, dünya liderliyi, habelə beynəlxalq alyanslara üzvlük və iştirak nəzərə alınıb.
Sıyahıda ümumilikdə dünyanın 80 ölkəsi yer alıb.