Sosial iqtisadiyyat

Novruz Məmmədovun oğluna yüksək vəzifə verildi: Nazir əmr imzalayıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.

Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)