ENA+

"ABŞ ilə Çin arasındakı razılaşma Trampın imzasını gözləyir"

Qərb mediasına görə, ABŞ və Çin ticarət razılaşması danışıqlarında prinsipdə razılaşıbar və Trampın imzası gözlənilir.

"Bloomberg News"ın xəbərinə görə, ABŞ-lı müzakirəçilər Çin ilə birinci mərhələ müqavilənin şərtlərini razılaşdırıblar və hazırda müqavilə Prezident Trampın imzasını gözləyir. 

Birinci mərhələ razılaşmanın mövcud tariflərin aşağı salınmasını və 15 dekabrda tətbiq olunması nəzərdə tutulan yeni tariflərin təxirə salınmasını nəzərdə tutur.

ABŞ, 20 aydır davam edən ticarət müharibəsində əvvəl 250 milyard dollarlıq Çin məhsullarına 25%, daha sonra 110% milyard dollarlıq Çin məhsullarına 15% əlavə gömrük vergisi tətbiq etmişdi.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Çinlə razılaşmanı rədd etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)