Sosial iqtisadiyyat

Azərbaycanda yığılan dizel avtomobilin qiyməti məlum olub

Gəncə Apelliyasiya Məhkəməsi (GAM) də avtomobil parkına Azərbaycan avtomobilləri daxil edib.

ENA.az xəbər verir ki, bununla bağlı GAM yerli avtomobillərin satışını həyata keçirən “AZƏRMAŞ” MMC ilə hər birinin dəyəri 18 min manat olmaqla 6 müqavilə imzalanıb.

Bununla da cəmi müqavilənin dəyəri 108 min manat təşkil edir.

“AZƏRMAŞ” Suraxanı Rayon İcra Hakimiyyətinə “Khazar Peugeot”  avtomobilini 20 min manata satıb.

Bundan əlavə ötən gün Vergilər Nazirliyi Azərbaycanda yığılan az tonnajlə “Qaz” markalı “A21R32 (dizel)” modelli avtomobili 32,6 min manata satılmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)