Elm və Texnologiya

Azərbaycanda ən çox ziyarət edilən saytlar 2019 - TOP 20

  2019-un bitməsinə sayılı günlər qalarkan Technote olaraq bu il ərzində Azərbaycandan hansı saytların daha çox ziyarət edildiyinin statistikasını təqdim edirik. Amazon şirkətinə məxsus Alexa platformasının açıq şəkildə yayımladığı məlumatlara əsasən bu statistikanı cəmləşdirib sizə təqdim edirik. Siyahının ilk 5-liyində dünya nəhəngi Google şirkəti çoxluq təşkil edir. Alphabet holdinq nəzdində olan Google hal-hazırda dünyanın ən çox istifadə edilən video, mail, və axtarış sistemlərinə malikdir. 4-cü yerdə isə bir çox ölkədə qadağalarla üzləşən Wikipedia məlumat platforması yerləşir. 5-ci yerdə də mail servisi olan və hələ də ölkəmizdə geniş şəkildə istifadə olunan Mail.Ru saytı tutur.  

2019-da Azərbaycandan ən çox giriş edilən saytlar- TOP 20

1. Google.com

2. Youtube.com

3. Google.az

4. Wikipedia.org

5. Mail.ru

        Sonrakı 5-likdə isə maşınların alış-satış saytı olan Turbo.az önə çıxır. Həmçinin Google saytının rus versiyası, yenə bir alış-satış saytı olan Tap.az, medya platformu olan Oxu.az və rusların sosyal medyası Odnoklassnik.ru saytı yer tutur. Görünən odur ki, rus sosyal medya platformasına edilən girişlər qlobal sosyal medya nəhəngi Facebook-u keçib. Alexa platformasının işləmə prinsipi web brauzerlər üzərindən olduğu üçün mobil cihazlardan edilən girişlər indekslənmir və siyahıya əlavə olunmur. Əks halda siyahıda bir çox sayt daha yuxarı sıralara çıxardı.

6. Turbo.az

7. Google.ru

8. Tap.az

9. Oxu.az

10. Ok.ru

        Bir sonrakı 5-likdə ilk sırada Aliexpress yerləşir. Son illərdə Azərbaycandan bir çox sifarişləri qəbul edən platforma ölkədəki online alış-satış sisteminin mərkəzində durur. Aliexpress-dən sonra yenə bir rus sosyal medyası olan Vkontakte gəlir. Görünən odur ki, insanlarımız tərəfindən rusların sosyal medya platformaları qlobal platformalara nəzərən daha çox seçilir. Bu 5-liyin 3-cü sırasında isə Yahoo axtarış sistemi gəlir. Google ilə əzəli rəqib olan Yahoo axtarış sistemi son illərdə maliyyə ilə bağlı sıxıntılar çəksə də aktiv şəkildə xidmət göstərməyə davam edir. Həmçinin Mail və Taksi servisləri də var. Yahoo-dan sonra isə nəhayət Facebook gəlir. Dünyanın ən nəhəng sosyal medya platformu olaraq adlanan Facebook web brauzer üzərindən istifadə statistikasına baxıldıqda digərlərindən geri qalır. Nəzərə almaq lazımdır ki, mobil cihazlardan girişlər sayılmır. Sonuncu sırada isə Türk online geyim saytı Trendyol yerləşir. Son illərdə karqo şirkətlərinin artımına səbəb olan sayt geyim dedikdə ağla gələn ilk online satış saytı olur. 

11. Aliexpress.com

12. Vk.com

13. Yahoo.com

14. Facebook.com

15. Trendyol.com

        Nəhayət sonuncu 5-liyə gəldik. İlk sıraya Yandex.ru saytı yerləşir. Google alternativi olaraq ölkəmizdə bir xeyli istifadə olunan Yandex-in rus versiyası da aktiv şəkildə istifadə olunur. Yandex-in ardınca Qafqaz.info saytı gəlir. 3-cü sırada isə İnternet Vergi İdarə sistemi olan E-taxes.Gov.az saytı yerləşir. Son sıralarda isə Milli.az və Big.az kimi xəbər-medya portalları yer tutur.

16. Yandex.ru

17. Qafqaz.info

18. E-taxes.gov.az

19. Milli.az

20. Big.az 

 

TOP 50 saytı görmək üçün Alexa platformasına keçid edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)