Sosial iqtisadiyyat

Kəmaləddin Heydərov qəbul günlərini LƏĞV EDİB?

Prezidentin tapşırığına əsasən nazir və komitə sədrləri, eləcə də dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb, onların problemlərini dinləyirlər. İddialara görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vətəndaşlarla görüş vaxtı təyin olunsa da, o, müəyyən səbəblərdən qəbullara getməyib. 


ENA.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məsələ ilə bağlı Modern.az-a bildirib ki, nazirin vətəndaşların qəbuluna gedib-getməməsilə bağlı açıqlama verə bilmir:


“Ümumiyyətlə, qəbullarla bağlı nazirliklərin saytında məlumat verilir. Nazir müavinlərinin qəbulları olub və bu barədə də məlumatlar verilib”.


Qeyd edək ki, bu barədə məlumatı Unikal.org yayıb. Məlumatda bildirilib ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyul tarixində baş tutub. K.Heydərovun əhali ilə sonuncu görüşü də elə həmin günə təsadüf edib. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbul etmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)