İran Milli Bankı SWIFT xidmətini dayandırdı
İran Milli Bankı, dünya miqyasında banklar arasında elektron transferi təmin edən SWIFT-in (Society for Worldwide Interbank Financial Telecommunication) ABŞ-ın sanksiyalarına riayət etməsi və bəzi İran banklarının sistemə daxil olmasını təxirə salması səbəbilə, bu sahədə artıq müştərilərə xidmət göstərməyəcəyini açıqlayıb.
"BI" xəbər verir ki, İran Milli Bankından verilən açıqlamada, bu gün günortadan sonra başlayaraq bütün şöbələrdə SWIFT transferləri üçün xidmət göstərilməyəcəyi qeyd edilib.
SWIFT Noyabrın 5-də verdiyi açıqlamada ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxil olmasını təxirə saldıqlarını bildirmişdi.