2023-cü ilədək Azərbaycana gələn turistlərin sayı 4 mln-a çatacaq
Azərbaycanda turizmin ümumi daxili məhsulunda (ÜDM) payı 3 faiz təşkil edir".
"ENA" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Azərbayan Turizm Bürosunun İcraçı direktoru Florian Zenqstşmid bildirib.
Onun sözlərinə görə, biz bu göstəricini artırmaq istəyirik:"Ölkədə turizm potensialını artırmaqla buna nail olmaq olar".
O əlavə edib ki, 2023-cü ilə qədər ildə 4 mln turistin cəlbi istiqamətində fəaliyyətlərimizi həyata keçiririk.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.
Eləcə də bax: Azərbaycanda turizm polisi yaradıla bilər