Gömrük Komitəsi səlahiyyət həddini aşmaqla həm də kütləvi narazılıq formalaşdırır
Dövlət Gömrük Komitəsi səlahiyyət həddini aşmaqla həm də kütləvi narazılıq formalaşdırır.
Artıq bir neçə gündür ki, DGK Gürcüstan ərazisindən daxil olan xarici nömrəli avtomobilləri əsassız və qanunsuz olaraq ölkəyə buraxmır.
Elə bir neçə gün öncə verdiyi açıqlama və DGK sədrinin dünənki mətbuat üçün açıqlamasında da xeyli səlahiyyət həddini aşan məqamlar və yaranmış narazlığın məsuliyyətindən yayınmaq halları hiss olunurdu.
Nə baş verib ?
Sadə bir vətəndaş Gürcüstandan 3-4 min manat verib avtomobil alır .Onun gömrük rüsumu isə maşının qiymətinfən 2-3 dəfə bahadır.
Hətta ortabab insanlar da artıq bu qədər pulu mənasız yerə gömrüyə verməmək üçün rus , gürcü və s xarici nömrəli maşınları sürürlər.
Məhz bu səbəbə görə də vətəndaşlarımızın çox hissəsi qanunvericiyə uyğun olaraq ikili vətəndaşlığı olanlara da etibarbamə verməklə maşınları ölkəyə müvəqqəti idxaı edirlər.
Və bununla əlaqəli qanuni rüsumları ödəməklə , 90 gün müddətinə əməl etməklə yenidən ölkə ərazisinə eyni qaydada daxil olurlar.
Yenidən ölkə ərazisinə müvəqqəti olaraq daxil olmağın qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
DGK isə məhz qanunsuz olaraq, buna heç bir səlahiyyəti olmadığı halda onları ölkəyə buraxmır. Bu da təbii ki haqlı narazılıq yaradır.
Düşünürəm ki DGK dərhal bu qanunsuz əməllərini dayandırmalıdır.
Bu, həm DGK -nın özü tərəfindən son dövrlərdə aparılan xeyli sayda müşbət işlərə və ümumiyyətlə ölkədə aparılan islahatlara kölgə salır. Həm də bu addımlarla, sadə insanların narazılığını formalaşdırır.
Eyni zamanda düşünürəm ki DGK özünün bu sahədə formalaşdırdığı DATA-sına nəzər salıb , yaranmış situasiyanı hökumətin diqqətinə çatdırıb təkliflərini verməlidir.
Mövcud qayda və qanunlara dəyişiklik edilmədiyi halda DGK -nın bu cür özbaşınalığına hökumət də ciddi reaksiya verməlidir.
Fikrimcə , narazıların normal bir vəkil tapıb məhkəməyə də müraciət etməsi faydalı olardı.
P.S. Son dövrlər hədsiz məşğulam . Yoxsa özüm bir normal gürcü nömrəli maşın alıb DGK ilə "vuruşardım"
Eləcə də bax: Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır
Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti