"Azal" Çinə gedənlərə endirim etdi
“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edib.
BI xəbər verir ki, 2018-ci il dekabrın 1-dən 2019-cu il martın 26-dək yerinə yetirilən uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri Bakı-Pekin-Bakı marşrutu üzrə 399 avro, Pekin-Bakı-Pekin marşrutu üzrə 450 ABŞ dolları təşkil edəcək.
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib..
Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur. Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.
Endirimli qiymətlərlə aviabiletləri www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.