Sosial iqtisadiyyat

Gömrüyün “Yaşıl dəhliz”indən cəmi 1%-lik hissə istifadə edə bilir

Bu vaxtadək 490 iştirakçıya “Yaşıl dəhliz” sistemindən istifadə hüququ verilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev noyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, idxal əməliyyatlarında 297 iştirakçı, ixrac əməliyyatlarında isə 193 iştirakçı "Yaşıl dəhliz"dən istifadə hüququndan yararlanıb.

2019-cu ilin Oktabr ayına olan məlumata görə, xarici ticarət iştirakçıların sayı 35 261, o cümlədən fiziki şəxs iştirakçıların sayı 27 156, hüquqi şəxs iştirakçıların sayı 8 105 olub.  Beləliklə, xarici ticarət iştirakçılarının cəmi 1,4%-nə “Yaşıl dəhliz” sistemindən istifadə hüququ verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)