Hadisə

Bakıda torpaq sürüşdü, maşın altında qaldı - FOTO

Bakıda yolda 100 metr uzunluğunda sürüşmə baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbaut katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, Badamdar ərazisi aktiv sürüşmə zonası olduğu üçün mütəmadi olaraq onların nəzarətindədir: 

“Həmin ərazidə bir neçə sürüşmə nöqtəsi var, onlardan biri də bu gün sürüşmə baş verən ərazidir. İki gün öncə əməkdaşlarımız tərəfindən həmin yerdə çatlar müşahidə edilmişdi və ərazi nəzarətə götürülmüşdü. Dünən yağan yağışlar nəticəsində çatlar böyümüşdü, buna görə də önləyici tədbir olaraq axşam saatlarında yolda hərəkət məhdudlaşdırıldı. 

Sürücülər üçün alternativ yolla gediş təmin olundu. Bu gün səhər saat 5-6 radələrində həmin yolda bir zolaq üzrə təxminən 100 metr uzunluğunda sürüşmə olub. Bu zaman aşağıda yerləşən Bakı buxtası küçəsində park vəziyyətdə olan avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb. Hazırda mütəxəssilər və əməkdaşlarımız hadisə yerindədirlər, araşdırmalardan sonra növbəti işlərin görülməsinə qərar veriləcək”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)