“AzerGold” ABŞ şirkətindən 2,1 milyon manatlıq məsləhət alacaq
“AzerGold” QSC orta və uzunmüddətli strateji planının hazırlanması üçün məsləhət xidmət alacaq.
“ENA” xəbər verir ki, dövlət şirkətinin bununla bağlı elan etdiyi açıq tenderin qalibi ABŞ-ın “Boston Consulting Group” şirkətinin Azərbaycandakı nümayəndəliyi olub.
Qalib şirkətə 2 106 300 ödəniləcək. Xatırladaq ki, sözügedən nümayəndəlik bu ilin mart ayında fəaliyyətə başlayıb.