Saniyədə bir telefon istehsal edə biləcək yeni zavod açacaq
Çinli nəhəng şirkət Xiaomi 2020-ci il üçün artıq hazırlıqlar görür. Xiaomi CEO-su Lei Jun Dünya 5G konfransında gələn il üçün ciddi hazırlıqlar görməyə başladıqlarını deyir. Xiaomi rəsmisinin dediklərinə görə yeni açılacaq zavod hesabına şirkət saniyədə 1 smartfon istehsal edə biləcək. Həmçinin yeni zavodun Dekabr ayında tamamlanacağını və 2020-dən etibarən fəaliyyyətə başlayacağı vurğulandı.
Yeni açılacaq zavodun 5G dəstəyi olan flaqman modellərin istehsalı üçün istifadə edilməsi planlanır.
Yeni zavodda həmçinin bulud texnologiyaları, 5G texnologiyalarının təkminləşdirilməsi və digər servislər üçün də istifadə ediləcəyi Xiaomi CEO-su tərəfindən verilən məlumatlar arasında idi. Həmçinin bu zavod 176 000 kvadratmetrlik ərazidə inşa edilib və ən son texnologiya avadanlıqları ilə təchiz olunub. Hal-hazırki zavodlardan 60% daha sürətli istehsal potensialına malik bu zavod saniyədə 1 ağıllı telefon istehsal edə biləcək. Bu da təxminən 1 il ərzində 30 milyon cihazın sadəcə tək bir fabrikdan istehsal edilə biləcəyi deməkdir. Çox güman ki, şirkətin bu qədər yüksək sayılarda cihaz istehsal etməsi düşünülmür. Əsas önəmli olan faktor daha sürətli istehsal edərək bazara rəqiblərdən öncə daxil olmaqdır.