Gəncə İcra Hakimiyyəti büdcədən hər sakin hesabı ilə 30 manatdan çox pul alır
Rayon və şəhər icra hakmiyyətlərinin (Bakı və ətraf bura daxil deyil) aparatının saxlanması üçün onarın əhalisinin hər nəfəri hesabı ilə 2020-ci ildə orta hesabla 8-18 manat vəsait ayrılması nəzərdə tutulur.
Aradakı fərq rayon ərazisində qəsəbə və kənd icra nümayəndəliklərinin sayına görə yaranır.
Müqayisə üçn deyim - bizdə Bakını saymasaq bələdiyyələrin adambaşına bütün xərcləri ən yaxşı halda 3 manat edir. Onların təkcə aparatının saxlanma xərcini götürsək, heç 1 manat da etmir.
Ərazilərin abadlaşdırılmasına və təmizlənməsinə görə iri şəhərlər kənd rayonlarından daha böyük vəsait alır. Məsələn, Gəncə İcra Hakimiyyəti hər sakin hesabı ilə 30 manatdan bir qədər çox, Lənkəran rayon İcra Hakimiyyəti isə 5 manata yaxın büdcə vəsaiti alır.
Yeri gəlmişkən, bu yaxınlarda 2 rayonda kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinə məsul qurumların fəaliyyətinə dair kiçik bir hesabat hazırlamışdıq. Yerlərdə gerçədən biabırçılıqdıa - kəndlər tullantıdan boğulur.
Bölgələrdə standartlara uyğun poliqon yox, ərazidən tullatını daşımağa səlahiyyəti üzərinə götürəcək qurum yox, tullantıları emal edən müəssisə yox.
Ən yaxşı halda Mənzil Kommunal Təsərrüfatları əhalinin cəmi 25-30%-nin yaşadığı rayon mərkəzinin təmizliyilə işini bitmiş sayır.
Kənddə yaşayanlar necə bir antisanitariyada yaşayır, öz işləridi..
Eləcə də bax: Biznesin üzərinə qoyulan bu öhdəliyi qanunvericilikdə tapa bilmədim
Rövşən Ağayev
İqtisadçı-kspert