Elm və Texnologiya

"Facebook”a rəqib sosial şəbəkə yaradılıb - PULLUDUR - QİYMƏTLƏR

“Wikpedia”nın yaradıcısı Cimmi Vels (Jimmy Wales) “Facebook”a rəqib olacaq sosial şəbəkə platforması yaradıb.

ENA” xarici mətbuata istinadən xəbər verir ki, “istifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə qurulan şəbəkənin adı “Wt:social” olacaq.

Məlumata görə, platformaya üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.

Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)