Tenderlər

“AzerGold” Çovdar filiz emalı sahəsinin mühafizəsini gücləndirir

“AzerGold” QSC-nin Çovdar Filiz Emalı sahəsində perimetr boyu mövcud hasarın bərpası və tikanlı məftillərin quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

ENA” xəbər verir ki, tenderin qalibi fiziki şəxs Səməndər İmanverdi oğlu Yusubovdur.

Qalibə 40 333 manat ödəniləcək.

Xatırladaq ki, Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur. Mədəndə hasilat işlərinə 2012-ci ildə başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)