BİZNES

Sahibkarların maliyyədən çox müdafiəyə ehtiyacları var

Mikro, kiçik və orta sahibkarlar ən çox "maraqların müdafiəsi" üçün “KOB Dostu”na müraciət ediblər. Müraciətlərin 22%-i maliyyə resurslarına çıxış üçün ikən, 47%-i maraqların müdafiəsi məsələləri ilə bağlı olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki,  İlk “KOB Dostu”nun fəaliyyətə başladığı 2018-ci ilin sentyabr ayından indiyədək KOB dostlarına sahibkarlardan bir çox müraciət və təkliflər daxil olub:

"Bu müraciətlər əsasən biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstəyi mexanizmlərinə çıxış, maliyyələşdirmə, maarifləndirmə və s. məsələlərlə bağlı olub. “KOB Dostu”na edilmiş bütün müraciətlər araşdırılır və Agentliyin səlahiyyətləri çərçivəsində sahibkarlara lazımi dəstək göstərilir və ya müvafiq qurumlarla əlaqələndirilir. 2019-cu ilin noyabrın 1-dək “KOB Dostu” şəbəkəsi vasitəsilə Agentliyə daxil olmuş müraciətlərin 22,3%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 22%-i maliyyə resurslarına çıxış, 47%-i maraqların müdafiəsi, 8,7%-i maarifləndirmə məsələləri ilə bağlı olub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)