ENA+

Norveç Bakıdakı səfirliyini bağlayır

Norveç Bakıdakı səfirliyini bağlamağı, əvəzində Gürcüstanda səfirlik açmağı qərara alıb.

"BI" xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Gürcüstan bizim Cənubi Qafqazda başlıca tərəfdaşımızdır. İllər ərzində islahatların nəticəsi olaraq ölkə Avropa və Avratlantika strukturları ilə yaxınlaşıb. Tbilisidə daimi nümayəndəlik bizə bütün regiondakı hadisələri daha yaxşı izləməyə imkan verəcək”-Norvein xarici işlər naziri İne Mari Eriksen Soreyde bildirib. Nazirin bu bəyanatına Gürcüstan KİV-ləri yer verir.

Eləcə də bax: Hökumətlə istehsalçılar arasında razılaşma - DİZELƏ YENİ MƏHDUDİYYƏT

Bununla bərabər Norveç XİN bildirir ki, bu ölkə Azərbaycanda səfirliyini bağlamaq qərarına gəlib. Azərbaycanla Norveç arasında əlaqələrə isə Türkiyənin Bakıdakı səfirliyi məsul olacaq. Habelə Bakıda Norveçin baş konsulluğu açılacaq. Bütün bu dəyişikliklər 2019-cu ildə baş tutaacq. Norveçin Bakıdakı səfirliyini bağlamaq qərarının səbəbləri açıqlanmır.

 

 

 

virtualaz.org

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)