Hökumətlə istehsalçılar arasında razılaşma - DİZELƏ YENİ MƏHDUDİYYƏT
Almaniyanın tanınmış avtomobil istehsalçıları dizel mühərriki ilə işləyən avtomobillərin atmosferə buraxdığı zərərli qazın miqdarını azaltmaq üçün hər bir avtomobilə əlavə olaraq 3 min avro xərcləyəcək.
"BI" xəbər verir ki, istehsalçılarla Almaniyanın Nəqliyyat nazirliyi arasında bu barədə razılaşma əldə olunub. Almaniyanın Nəqliyyat naziri Andreas Şoyer bildirib ki, dizel mühərrikli avtomobillərin mühərriyi yeni mühərriklərlə dəyişdiriləcək və ya köhnə avtomobilini yenisi ilə dəyişmək istəyən sürücülərə bunun üçün əlavə pul veriləcək.
Nazir qeyd edib ki, hökumət bununla insanları ekoloji cəhətdən daha təmiz avtomobillər almağa təşviq etməyə çalışır. Bir neçə gün əvvəl Almaniya məhkəməsi Köln və Bonn şəhərlərində köhnə dizel mühərriki ilə çalışan avtomobillərin hərəkətinə məhdudiyyət qoyub. Məhkəmə qərarı gələn il aprelin 1-dən qüvvəyə minəcək.