MALİYYƏ

Avromed Company işçi axtarır - VAKANSİYA

Laboratoriya məhsulları üzrə mütəxəssis

- Bazarı xarakterizə edən məlumatları toplayır, analiz edir, perspektivləri qiymətləndirir;
- Marketinq strategiyası və marketinq planının hazırlanmasında iştirak edir;
- Laboratoriya məhsullarının satışını artırmaq məqsədilə stimullaşdırıcı aksiyalar keçirir və təqdimatlar təşkil edir;
- Satışın düzgün təşkil edilməsini təmin edir;
- Potensial müştərilərin əməkdaşlığa cəlb olunmasını təmin edir;
- Müştərilər haqqında məlumat bazası yaradır;
- Müştərilərlə iş və görüş planı həyata keçirir.

Tələblər:

- Ali təhsil (Kimya-biologiya və ya tibbi təhsil arzuolunandır);
- Müvafiq sahədə iş təcrübəsi;
- Satış bacarıqları;
- Müştərilərlə ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan və rus dillərini bilmək vacibdir.
- İngilis dilini bilmək arzuolunandır.

Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron ünvanına 11.12.2019-cu il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Laboratoriya” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)