"Bank VTB Azərbaycan"ın rəhbərliyində dəyişiklik olacaq
Dekabrın 23-ü saat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə Bankdan bildirilib.
Məlumata görə, yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında ("Messenat Plaza") yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi, aidiyyəti şəxslə əqd bağlanması məsələləri daxildir.