Bank

“Unibank”ın sədr müavini "PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə təyinat alıb

"Unibank" ASC-nin İdarə Heyəti sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə ("PAŞA Bank Gürcüstan") təyinat alıb.

"ENA" xəbər verir ki, o, noyabrın 1-dən "PAŞA Bank Gürcüstan"ın İH-nin üzvü kimi fəaliyyət göstərir. 

A.Hüseynov "Report"a açıqlamasında xəbəri təsdiqləyib: “Unibank”da 3 illik strateji dövr var idi və bu dövrdə müəyyən edilmiş hədəflərin hamısı yüksək səviyyədə icra olundu. Hazırda “Unibank” mənfəət göstəricisinə görə, ilk 5-likdədir. Bundan sonra "PAŞA Bank Gürcüstan"da fəaliyyət göstərəcəyəm". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)