Bank

Əhali banklara qısamüddətli etibar edir

30 Sentyabr 2019-cu il tarixində fiziki şəxlərin (əhalinin) banklardakı cəmi əmanətləri 8 milyard 605 milyon manat təşkil edib.

ENA” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 8 milyard 605 milyon manat cəmi əmanətin 75%-ni və ya 6 milyard 459 milyon manatını qısamüddətli (1 ilədək) əmanətlər, 25%-ni və ya 2 milyard 146 milyon manatını uzunmüddətli əmanətlər təşkil edib.Qısamüddətli əmanətlərin 42%-i və ya 2 milyard 722 milyon manatı, uzunmüddətli əmanətlərin isə 51%-i və ya 1 milyard 88 milyon manatı xarici valyutada olub.

Qısamüddətli əmanətlərin 48%-ni və ya 3 milyard 112 milyon manatını cari hesablar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)