"Aramco"nun ədalətli dəyəri 1.2 - 1.5 trilyon dollar arasındadır
İnvestisiyaların idarəedilməsi xidmətləri göstərən "Bernstein" şirkətinin analitiklərinin 4 Noyabr tarixli hesabatında Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun ədalətli dəyərinin 1.2 - 1.5 trilyon dollar arasında olduğu bildirilib.
"ENA" xəbər verir ki, hesabatda, qeyd edilən dəyərin sərbəst nağd vəsait axışı və mənfəət rəqəmləri əsasında ölçüdüyü qeyd edilib.
"Aramco"nun qərbin böyük neft şirkətləri ilə müqayisədə ən çox 10 - 15% yüksək dəyərlə əməliyyat görə biləcəyi qeyd edilib.
Hesabatda, "şirkətin dəyəri, qlobal neft qıtlığının yaşandığı və tələbin yüksək olduğu 15 il əvvəl 2 trilyon dollar təşkil edə bilərdi" vurğulanıb.
"Bernstein" "Aramco"nun illik xalis mənfətinin 2025-ci ildə neftin barelinin 70 dollarlıq qiyməti üzərindən 122.5 milyard dollar səviyyəsində, 60 dollar üzərindən 104.8 milyard dollar olaraq reallaşacağını gözləyir.