ENA+

"ABŞ şirkətlərinə çox yaxın zamanda Huawei-yə məhsul sata bilmələri üçün icazə veriləcək"

ABŞ-ın Ticarət naziri Wilbur Ross,  ABŞ və Çin ticarət razılaşmasına dair optimizmini ifadə edərək, razılaşmanın ilk mərhələsinin bu ay ərzində imzalana biləcəyini və ABŞ şirkətlərinə Huawei-yə məhsul satmaları üçün "çox yaxın" bir zamanda lisenziya veriləcəyini bildirib.

ABŞ Prezidneti Donald Tramp isə, Bazar günü Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, ticarət danışıqlarının tamamlanması halında müqavilənin ABŞ-da bir yerdə imzalana biləcəyini qeyd  edərək, "Prioritetli olaraq razılaşmaq istəyirik. Görüşmək yeri, mənə görə çox asan olacaq" deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)