BİZNES

Araz Ağalarov yeni biznesə başladı

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov balıq biznesinə başlayıb.

ENA” Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamının “Krokus” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib. Müəssisənin əsas fəaliyyəti sənaye üsulu ilə şirin su hövzələrində balıq yetişdirmək olacaq. Şirkətin səhmlərinin 90%-i “Crocus Group”a, 10%-i isə “Lotofish”in baş direktoru Valeryan Çikovaniyə məxsusdur. 

Şirkət Moskva vilayətinin Lotoşinsk rayonunda qeydiyyatdan keçib və onun haqqında məlumatlar Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə oktyabrın 31-də daxil olunub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)