Prezidentdən Bakı-Sumqayıt yolu barədə tapşırıq
![](https://ena.az/uploads/news/2019-10/_ena_75e0d9f6b743c15d600c0f166_o.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi üçün "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədova tapşırıqlar verdi.
“ENA” xəbər verir ki, Azərbaycan Prezidenti deyib:
“Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Vətəndaşların bir hissəsi qatarlardan istifadə etsə də, yenə tıxaclar var. Baxın, texniki imkan olmalıdır ki,biz bu yolu genişləndirək. Layihə hazırlayın, o yolu biz genişləndirməliyik. Lazım olan vəsait ayrılacaqdır”.
Saleh Məmmədova tezliklə layihənin hazırlanacağı və təqdim ediləyi sözünü verdi.