Sosial iqtisadiyyat

Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib

2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 15 milyard 019,9 milyon manat olub.

ENA.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6 milyard 859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 8 milyard 160,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)